Bakıda Şri-Lanka vətəndaşları itkin düşüb
    • 29-05-2021, 11:45
    • 312

Bakıda Şri-Lanka vətəndaşları itkin düşüb

Azərbaycanda Şri-Lanka vətəndaşları itkin düşüb.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Mariyanayagam Babişan mayın 22-si saat 17:00 radələrində həmyerlisi Royal adlı şəxslə evdən çıxıb və geri qayıtmayıb. 

Onun qardaşı Mariyanayagam Qobişan bununla bağlı polisə müraciət edib. 

O bildirib ki, qardaşı Bülbül prospektində yerləşən evlərindən ayrıldıqdan sonra bir daha geri dönməyib.