“AMAY”ın rəsmisi sərhəddə narkotiklə tutuldu - FOTO
    • 2-11-2018, 11:05
    • 638

“AMAY”ın rəsmisi sərhəddə narkotiklə tutuldu - FOTO

"AMAY”ın İranda yaradılan şirkətinə rəhbərlik edən və axtarışda olan şəxs Azərbaycanın dövlət sərhədini pozarkən saxlanılıb.

Bu barədə Anews.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib. 

Bildirilir ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə təqsirli bilinən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib və axtarışda olan "AMAY” MMC tərəfindən İranda təsis edilən "Azər Caspian İran” şirkətinə məxsus müəssisələrə rəhbərlik edən 1976-cı il təvəllüdlü Bayramov Nizami İmran oğlu Yardımlı rayonu ərazisində İran İslam Republikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.

N.Bayramovun üzərinə baxış keçirilərkən 20 qram tiryək, "Nokia” markalı mobil telefon, 150 ABŞ dolları və 100 manat pul aşkarlanıb. 

Saxlanılan şəxsə həmin əməllərinə görə CM-nin 318.1-ci, 206.2-ci və 234.1-ci maddələri üzrə ittiham elan edilib.