-
- 21-02-2019, 16:31
- 860
Azərbaycan sərhədini pozan Şri-Lanka vətəndaşları həbs olunub
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi və qeyri-leqal miqrasiya qarşı mübarizə sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən News24.az-a verilən məlumata görə, DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 5 nəfər Şri-Lanka vətəndaşının dövlət sərhədini pozma cəhdinin qarşısı alınıb.
17 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd edərkən Şri-Lanka vətəndaşları 1991-ci il təvəllüdlü Micheal Fernando Romos, 1995-ci il təvəllüdlü Senrobert Roniksan, 1992-ci il təvəllüdlü Navaratnam Kajamugan, 1994-cü il təvəllüdlü Anton Mariyadas Pilipraj və 1995-ci il təvəllüdlü Penad Mohanraj Mathusan sərhəd pozucusu qismində saxlanılıb.
Saxlanılan şəxslərin 16 dekabr 2018-ci il tarixdə rəsmi qaydada Birləşmiş Ərəb Əmirliklərindən Sarja-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmələri müəyyən olunmuşdur.
Araşdırma zamanı Şri-Lanka vətəndaşları dövlət sərhədini pozaraq İran İslam Respublikasına, oradan isə Türkiyəyə keçmək niyyətində olduqlarını bildiriblər.
Sərhəd pozucuları barəsində cinayət işi başlanılmış və barələrində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.