Sumqayıtda 65 yaşlı kişinin üstündən maşın keçdi
    • 30-05-2021, 15:12
    • 436

Sumqayıtda 65 yaşlı kişinin üstündən maşın keçdi

Sumqayıtda yük maşını 65 yaşlı kişini vuraraq üstündən keçib.

Hadisə şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb.
39 AC 149 dövlət nömrə nişanlı “Zil” markalı yük avtomobili Sumqayıt şəhər sakini 65 yaşlı Məmməd Abdullayevi vurub. Daha sonra onun üstündən keçib. Abdullayev aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Sürücü saxlanılaraq məsuliyyətə cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. /Axar.az/