Hindistanda təyyarə qəzası - Çox sayda yaralı və ölən var
    • 8-08-2020, 10:13
    • 524

Hindistanda təyyarə qəzası - Çox sayda yaralı və ölən var

Hindistanda təyyarə qəzasında 140 sərnişin yaralanıb, 20 nəfər isə ölüb.

News24.az RİA-ya istinadən xəbər verir ki, Kerala ştatında baş verən qəzada ölənlərin arasında təyyarənin hər iki pilotunun olduğu bildirilib. 

Qeyd edilir ki, təyyarə yağışlı havada sərt eniş edib və bu zaman iki yerə bölünüb. 

Dubay - Hindistanaüzrə reys həyata keçirən təyyarənin göyərtəsində 190 nəfər olub. Onlardan 174-ü böyük, 10-nu uşaq, 2-si pilot və 4-ü ekipaj üzvü olub.