Ermənistanda seçkilərdə iştirak edəcək partiyaların sayı bəlli oldu
    • 31-05-2021, 17:01
    • 326

Ermənistanda seçkilərdə iştirak edəcək partiyaların sayı bəlli oldu

Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 22 partiya və 4 bloku qeydiyyatdan keçirib.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə qərar partiyanın iclasında qəbul edilib. 

Qeyd edək ki, Ermənistanda erkən parlament seçkiləri 20 iyun ayında keçiriləcək. Bəzi namizədlərin sənədlərində problem yarandığı üçün partiyalara 48 saat vaxt verilib. Lakin partiyaların əsas hissəsi bunu etməyib və namizədlər siyahılardan çıxarılıb.