Bəziləri Qazilər birliyi adından qanunsuz istifadə edir - AÇIQLAMA
    • 31-05-2021, 18:03
    • 472

Bəziləri Qazilər birliyi adından qanunsuz istifadə edir - AÇIQLAMA

Son zamanlar tez-tez sosial şəbəkələrdə və mətbuatda Qarabağ qazilərinin dalaşması, hakimiyyət orqanları ilə gərginlik yaşanması hallarının şahidi oluruq. 

Bununla bağlı “Qarabağ qaziləri” ictimai birliyi rəsmi açıqlama yayıb.

News24.az Qazilər.az saytına istinadən həmin açıqlamanı təqdim edir: 

"Müəyyən bir qrup insanlar var ki, onlar öz şəxsi mənafeləri üçün "Qarabağ qaziləri" ictimai birliyi adından istifadə edərək, qeyri-qanuni yolla idarə və təşkilatlara təzyiqlər göstərir, xoşa gəlməz hadisələr törədirlər. Bu kimi halları, qanusuzluqları pisləyirik.

Əldə etdiyimiz məlumatlara görə, başqa-başqa təşkilat rəhbərləri var ki, onlar özlərini "Qarabağ qaziləri" ictimai birliyinin sədri və ya başqa səlahiyyətli nümayəndəsi kimi təqdim edirlər. "Qarabağ qaziləri" ictimai birliyi rəsmən bəyan edir ki, bu qanunsuz hərəkətləri törədənlərin "Qarabag qaziləri" ictimai birliyinə heç bir aidiyyəti yoxdur.

"Qarabağ qaziləri" birliyinin sədri Qarabağ qazisi Asəf Əliyevdir. Onun rəhbərliyi altında "Qarabağ qaziləri" birliyi torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə öz sağlamlıqlarını itirmiş müharibə əlillərinin sosial-iqtisadi vəziyyətini, maddi rifahlarının yaxşılaşdırılması və hüquqlarının qorunması istiqamətində çalışan ictimai təşkilatdır. Bu istiqamətdə də öz fəaliyyətini davam etdirir."