Yeni ayaqqabı sevməyən, çantasında qarmaq gəzdirən, saqqala nifrət edən - II Yelizavetanın KAPRİZLƏRİ
    • 2-11-2018, 13:40
    • 1 631

Yeni ayaqqabı sevməyən, çantasında qarmaq gəzdirən, saqqala nifrət edən - II Yelizavetanın KAPRİZLƏRİ

Hər bir kəsin qəribə vərdişləri və kaprizləri var.

Böyük Britaniya kraliçası II Yelizavetanın qəribəlikləri isə saymaqla bitmir ki, bitmir.

News24.az olaraq 92 yaşlı kraliça haqda maraqlı faktları araşdırdıq:


1.Kraliça kub şəklində olan buza nifrət edir. Buzun stəkanda çıxardığı səs onu əsəbləşdirir. II Yelizaveta dairəvi buzun səsinin daha zərif səsləndiyini deyir.


2.O, bütün işlərdə səliqə-səhmanı sevir. Geyimləri həddindən artıq olduğu üçün onlar nömrələnir. Hətta bunun üçün xüsusi qeydiyyat kitabçası da tutulub. Kraliça eyni libasda və ya fərqli libasın eyni rəngində tez-tez ictimaiyyət qarşısına çıxmağı düzgün hesab etmir.


3.II Yelizaveta şorba və kartof yemir. O bu qidaları Bukinqhem sarayında qadağa etməsə də, masa arxasında tək əyləşəndə ona əsla şorba təklif edilmir. Kartof yeməməsinin səbəbi qida rasionundan kraxmalı maksimum dərəcədə azaltmaqdır.

4.Moruq sevən kraliça onu insanlar arasında yemir. O, meyvənin tumlarının dişləri arasında qalacağından qorxur. Həmçinin, onun qəbullarında böyürtkən meyvəsinin olması də qadağandır.



5.O, çantasında daima qarmaq gəzdirir. Sözügedən aləti dəvət olunduğu tədbirdə masanın altına yapışdırır və çantasını asır. Çanta vasitəsi ilə o, xidmətçilərinə mesaj da yollayır. Misal üçün, əgər kraliça çantanı yerə qoyubsa, deməli məkanı tərk etmək istəyir.

6.Saqqallı kişiləri sevmir. Bu səbəbdəndir ki, sarayın bütün xidmətçiləri və kral ailəsinin kişiləri daima üzünü təraş edir. Təbii ki, bu qadağaya şəhzadə Harri daxil deyil. II Yelizaveta onunla uzun müddət mübarizə aparsa da istədiyinə nail olmayıb.

7.Yuxarıda qeyd olunan qadağalara daha biri də əlavə olunub. Kraliça Bukinqhem sarayında pəncələrin açılmasına icazə vermir.  O, düşnür ki, sarayın nümayiş təşkil olunan küçə tərəfdən hissəsinin görüntüsü möhtəşəm olmalıdır. Açıq pəncərələr isə hər şeyi korlayır.

8.Onun kortecində tibbi yardın göstərmək üçün bütün şərait var. Hətta qan ehtiyatı olmadan, heç bir səyahətə çıxmır. Qanın uyğun gəlməsi üçün məhz kraliçanın öz qanından istifadə olunur.

9.Eyni brendin bir-birinə bənzəyən ayaqqabı modellərini geyinən II Yelizaveta yeni ayaqqabı sevmir. Buna səbəb isə ayağında olan diskomfortdur. Onun ayaqqabısını ilk növbədə kraliça ilə eyni ayaq ölşüsünə malik olan və ayaqqabı geyinmək vəzifəsini yerinə yetirən xidmətçi qadın geyinir.

Teymur Məmmədov