-
- 23-01-2020, 20:26
- 981
Kraliça “Brexit” sazişini imzaladı
Böyük Britaniya kraliçası II Yelizaveta “Brexit” sazişini təsdiqləyib.
News24.az xəbər verir ki, bununla da Boris Conson hökuməti tərəfindən hazırlanan sənəd qanuni statusunu alıb və krallığın yanvarın 31-də Avropa İttifaqının (Aİ) tərkibindən çıxması üçün bütün əsas mərhələlər başa çatıb.
Bundan sonra sazişin Aİ tərəfindən rəsmiləşdirilməsi üçün daha bir neçə proses həyata keçirilməlidir.
Qeyd edək ki, Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxmasını nəzərdə tutan "Brexit" prosesi ilə bağlı 2016-cı ildə referendum keçirilib.