Çində quş qripinin ştammına yoluxma qeydə alındı
    • 1-06-2021, 09:21
    • 435

Çində quş qripinin ştammına yoluxma qeydə alındı

Çinin Çyansu əyalətində quş qripinin H10N3 ştammına yoluxma qeydə alınıb. 

News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Komitəsi məlumat yayıb. 

Bildirilib ki, yoluxan şəxs 41 yaşlı kişi olub. 23 aprel tarixində onun hərarəti qalxıb, daha sonra isə digər simptomlar müşahidə edilib. Vəziyyəti ağırlaşan şəxs xəstəxanaya yerləşdirililib. 

Həkimlər virusun genomunun tam təhlilinin onun quş mənşəli olduğunu göstərdiyini və insanlara effektiv yoluxma qabiliyyətinə malik olmadığını bildiriblər.