-
- 1-06-2021, 13:06
- 449
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycan Ali Məhkəməsində olub - FOTO
2021-ci il iyunun 1-də Ali Məhkəmənin sədri Ramiz Rzayev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ali Məhkəmədən News24.az-a verilən məlumata görə, nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirən Ali Məhkəmənin sədri zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə başda Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş Türkiyə xalqına dərin təşəkkür etmiş, bunun Ulu Öndər Heydər Əliyevin “Azərbaycan - Türkiyə bir millət, iki dövlətdir” ifadəsinin real həyatda təcəssümü olduğunu vurğulayıb.
Azərbaycanla Türkiyə arasında işgüzar əlaqələrin və dostluq münasibətlərinin bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemləri arasında uğurlu və davamlı inkişafından məmnunluğunu ifadə edən Ali Məhkəmənin sədri ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində görülən işlərdən danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarını, ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən islahatları, hakim vəzifəsinə seçim prosedurlarının müasir standartlara uyğunlaşdırılmasını, məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edildiyini diqqətə çatdırıb.
Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin səmimi görüşə görə nümayəndə heyətinin adından öz təşəkkürünü bildirib, Azərbaycanı Vətən müharibəsində qazandığı möhtəşəm qələbə münasibətilə təbrik etmiş, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və cansağlığı diləyib.
Türkiyə nümayəndə heyətinin rəhbəri ölkəmizin müasir tələblərə cavab verən qanunvericilik bazasını yüksək dəyərləndirmiş, Türkiyədə Ali Məhkəmənin və prokurorluğun fəaliyyət dairəsi barədə ətraflı məlumat verib.
Dərin tarixi köklərə malik əlaqələrimizin yüksək səviyyəsini qeyd edən Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanın hərtərəfli dinamik inkişafını, məhkəmə-hüquq sistemində aparılan islahatları və əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirib.
Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə və prokurorluq orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə və həmçinin əhəmiyyətli görüşə görə Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinə və nümayəndə heyətinin üzvlərinə təşəkkür etmiş və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Türkiyəli qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, Məhkəmə tarixi muzeyinə baxmışlar. Türkiyə Ali Məhkəməsinin Baş prokuroru muzeyin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazıb.