Sabahdan iki marşrut xəttinin hərəkət qrafiki müvəqqəti dəyişdirilir
    • 1-06-2021, 17:13
    • 393

Sabahdan iki marşrut xəttinin hərəkət qrafiki müvəqqəti dəyişdirilir

İyunun 2-dən Ə.Şıxlınski küçəsində aparılan təmir-tikinti işləri çərçivəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə News24.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, bu səbəbdən 36 və 81 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq aşağıda göstərilən qaydada dəyişdiriləcək: 81 nömrəli marşrut: Ə. Şıxlınski küçəsindən müvəqqəti çıxarılaraq S.Mehmandarov küçəsi ilə; 36 nömrəli marşrut: Ə.Şıxlınski küçəsindən müvəqqəti çıxarılaraq N.Tusi küçəsi ilə təşkil ediləcək.