Sabahdan bu marşrutların istiqaməti dəyişir - SİYAHI
    • 4-05-2019, 14:28
    • 896

Sabahdan bu marşrutların istiqaməti dəyişir - SİYAHI

Mayın 5-də “Bakı Marafonu-2019”un keçirilməsi ilə əlaqədar bəzi müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək. Bu barədə News24.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Verilən məlumata görə, bununla əlaqədar, 1, 2, 4, 13, 21, 30, 32, 36, 38, 46, 49, 60, 62, 175, 184, H1 (Hava Limanı – “28 May” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti olaraq alternativ küçələrdən təşkil ediləcək.