-
- 2-06-2021, 13:29
- 486
ADY pandemiya dövründə sərnişin daşımalarının sayını açıqladı
"Bakı Abşeron Dəmir Yol Xətti 2015-ci ildən fəaliyyətə başlayıb. Keçən ilin sonuna qədər isə digər 14 stansiyamız istismara verilib".
News24.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov deyib.
O bildirib ki, pandemiyaya qədər Abşeron Dairəvi Dəmir Yolu xəttində gündəlik 18-20 minə yaxın sərnişin daşınıb: "Pandemiya dövründə sərnişin daşınma gündəlik 8 minə enib, hazırda isə gündəlik 11 min sərnişin daşınır. Bakı Dairəvi Dəmir Yolu xəttinin dayanacaq və stansiyalarında turniketlər və digər avadanlıqlar quraşdırılıb. Bu turniketlərdən istifadə etmək üçün keçid kartı tətbiq edilib. Hazırda ADY-nin 11 min sərnişindən 8 mini bu kartlardan istifadə edir. 3 min sərnişin isə birdəfəlik bilet alaraq ADY-dən istifadə edir".
O əlavə edib ki, Bakı Sərnişin stansiyasında 4 dəqiqə ərzində minə yaxın sərnişin turniketlərdən keçid edə bilir: "Bir dəqiqədə bir turniketdən 15 sərnişin keçid edə bilir".
O xatırladıb ki, sərnişinlər Visa kartları vasitəsilə bu gündən etibarən 14 stansiyada quraşdırılmış turniketlərdən istifadə edə bilərlər:"Bu kartlar, nəinki Azərbaycan vətəndaşlarında, həmçinin ölkəyə gələn turistlərdə də var. Bu sistemin tətbiqi ADY-nin işini daha da yüngülləşdirir. Bu sistem Azərbaycanda ilk dəfə olaraq ADY-də tətbiq edilir".