Mən Azərbaycanda ilk italyan məşqçiyəm. Roberto Bordinlə müsahibə
    • 2-11-2018, 17:54
    • 964

Mən Azərbaycanda ilk italyan məşqçiyəm. Roberto Bordinlə müsahibə

Neftçi”nin baş məşqçisi Roberto Bordin eksklüziv müsahibəsində cari mövsümlə bağlı planlarını bölüşüb və Avropa liqasındakı acı məğlubiyyətdən sonra komandanı necə kökləməsindən danışıb. 
- Çempionat bir müddət əvvəl başlasa da, artıq belə fikirlər səslənir ki, əsas mübarizə “Neftçi” və “Qarabağ” arasında olacaq. Bununla razısınızmı? 
- Xeyr, çünki hələ çox vaxt var. Əslində, düşünmürəm ki, çempionluq uğrunda təkcə “Neftçi” və “Qarabağ” mübarizə aparacaq. Bütün komandalar yüksək yerlər uğrunda mübarizə apara bilər. 

- Legionerlərdən bəziləri optimal formasını yığa bilməyib. Qış transfer pəncərəsi zamanı heyəti gücləndirməyi düşünürsünüz? Hansı mövqeləri gücləndirmək lazımdır?
- Hələ ki, bununla bağlı danışmaq tezdir. Hazırda komandanın və heyətin hazırlıq səviyyəsi məni sevindirir. Düşünürəm ki, dekabrda heyətin gücləndirilməsinə ehtiyac olub-olmaması ilə bağlı qərar verəcəyik. 

- “Neftçi” həmişə ambisiyalı klub olub, ancaq Avropa liqasında “Uypeşt”ə məğlubiyyət birmənalı qarşılanmadı. Siz öz futbolçularınızı ölkə çempionatı üçün necə köklədiniz? 
- Biz futbolçuların əhval-ruhiyyəsini qaldırmağa və komandada xoş atmosfer yaratmağa çalışdıq. 

- Siz Azərbaycan futbolunda ilk italyan mütəxəssissiniz. Necə düşünürsünüz, gələcəkdə sizin həmyerliləriniz Azərbaycanda karyerasını davam etdirə biləcək?
- Bu suala cavab vermək çətindir. Azərbaycan futbolunda başqa italyanın olacağını deyə bilmərəm, ancaq bu fakt əsasdır ki, mən birinciyəm. Axı, bundan sonra İtaliyada Azərbaycan haqqında daha çox danışacaqlar. 

- Premyer Liqada cəmi 8 komanda var. Bu fakt sizə hər hansı çətinlik törədirmi?
- Çempionatda daha çox komandanın iştirak etməsi yaxşı olardı, ancaq mövsümlərdə komandalar arasındakı 4 oyun Premyer Liqadakı komandaların sayını kompensasiya edir. 

- Siz Moldovanın “Şerif” klubunun baş məşqçisi olan zaman “Qarabağ”la qarşılaşmısınız və hər iki oyunun nəticəsinə görə məğlub olmusunuz. “Neftçi”nin baş məşqçisi kimi sizdə şəxsi revanş fikri yaranıbmı?
- Xeyr, bu barədə düşünməmişəm. İndi mənim bütün fikirlərim “Neftçi” ilə bağlıdır.

- Son vaxtlar ölkənin idman ictimaiyyəti Azərbaycan yığmasında “Neftçi”nin futbolçularının olmamasını müzakirə edir. Bu barədə nə deyə bilərsiniz. 
- Hamı yığmanın baş məşqçisinin qərarlarına hörmət etməlidir. Ancaq o, kimi dəvət etməyə qərar verir. Futbolçularımızın milliyə dəvət alması bizim üçün xoşdur. Bu, futbolçular üçün xeyirlidir. 

- “Neftçi”də əsas hədəfiniz nədir? Çempionluq, avrokuboklar və ya...?
- Bizim bir məqsədimiz var – hər qarşılaşmada yaxşı oynamaq və mövsümün sonuna qədər maksimum nəticəyə nail olmaq.

//OXu.az