Ağsuda taxıl sahəsində yanğın
    • 3-06-2021, 18:51
    • 450

Ağsuda taxıl sahəsində yanğın

Ağsuda taxıl sahəsində yanğın olub.

News24.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən, Ağsu rayonunun Musabəyli kəndində təqribən 10 ha sahədə biçilməmiş taxıl sahəsi yanıb. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 17:55-də tam söndürülüb. Yaxınlıqdakı geniş taxıl sahələri yanğından mühafizə olunub.