Prezident Vaqif Behbudovu təltif edib
    • 2-11-2018, 18:25
    • 1 030

Prezident Vaqif Behbudovu təltif edib

Prezident İlham Əliyev Vaqif Qulam oğlu Behbudovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

V. Behbudov Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb. 
Qeyd edək ki, Azərbaycan rejissoru, operator, ssenari müəllifi V. Behbudov Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006) mükafatçısıdır.