"Koronaya yoluxanlar antikor testi verməlidirlər" - TİBBİ EKSPERT
    • 4-06-2021, 17:23
    • 395

"Koronaya yoluxanlar antikor testi verməlidirlər" - TİBBİ EKSPERT

"İstər koronavirusu ağır keçirənlər, istərsə də ayaqüstə keçirənlər, yaxşı olardı ki, Antikor testi versinlər. Bu test vasitəsilə imunitetin yaranıb-yaranmadığı müəyyən edilir".

Bu sözləri News24.az-a açıqlamasında tibb mütəxəssisi Adil Qeybulla deyib. O bildirib ki, Antikor testini verən insanlara bununla bağlı sənəd verilsə, daha yaxşı olardı: "Bu sənəddə insanın immun sistemin hansı səviyyədə olması qeyd edilir. Hesab edirəm ki, COVİD 19 pasportu, yaxud xəstəliyi keçirməsi ilə bağlı sənəddənsə, Antikor testinin nəticəsini əsas götürmək daha yaxşı olardı. Zənnimcə, hər kəsin yoluxmasının qarşısını almaq, ətraf üçün təhlükəsiz olmasını təmin etmək üçün ən düzgün yanaşma məhz budur".