Peyvənd olunanların bu günə olan statistikası
    • 4-06-2021, 16:49
    • 359

Peyvənd olunanların bu günə olan statistikası

İyunun 4-də Azərbaycanda koronavirus infeksiyası əleyhinə 47 637 doza vaksin vurulub.

News24.az-a Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, bu gün birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42 266, ikinci mərhələ üzrə isə 5371 nəfər olub.

İndiyə qədər ölkə ərazisində vurulan vaksin dozalarının ümumi sayı 2 465 719-dur. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 540 259, ikinci mərhələ üzrə 925 460 nəfər təşkil edir.