-
- 6-06-2021, 14:18
- 476
“Ordumuz Türkiyədə, Azərbaycanda sülhə töhfə vermək üçün var gücü ilə çalışır” - Akar
“Türkiyə Silahlı Qüvvələri, ölkəmizdə, Azərbaycanda, Kipr, Liviya, Şərqi Aralıq dənizi, Suriya və İraqın şimalında, eləcə də bir çox coğrafiyada həm Türkiyənin, həm də dostlarımızın, qardaşlarımızın təhlükəsizliyini, hüquqlarını qorumaq, qlobal sülhə, rifaha, sabitliyə töhfə vermək üçün var gücü ilə çalışır”.
News24.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Şərq Aralıq dənizində “DENİZKURDU-2021” təlimlərini müşahidə etdikdən sonra çıxış edərkən bildirib.
H.Akar deyib ki, Türkiyə ordusunun uğurunu həzm etməyən qüvvələr təxribatlar törətməyə cəhd edirlər: “Ordumuza və komandir heyətinə böhtan atmağı vərdiş halına gətirən ordupozanlar var. Fitnə-fəsad ardınca düşən bu “ordupozanlar” nəcib millətimizin sevgisindən, inamından və dualarından ilham alan Türkiyə ordusunun üç qitədə həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara, təlimlərə mane ola və kölgə sala bilməyəcəklər.
Türkiyə Silahlı Qüvvələri, min illərdən süzülüb gələn milli, mənəvi və peşə dəyərlərimizə söykənərək ağılın, məntiqin, elmi biliklərinin işığında, konstitusiyamız və qanunlar çərçivəsində öz vəzifəsini şərəflə icra etməkdədir və bunu əzmlə davam etdirəcəyik. Buna heç kim şübhə etməməlidir”, deyə nazir bildirib. /APA/