Çində 3 yaşından başlayaraq uşaqlara COVID peyvəndi vurulacaq
    • 7-06-2021, 10:25
    • 489

Çində 3 yaşından başlayaraq uşaqlara COVID peyvəndi vurulacaq

Çində uşaq və yeniyetmələrin Sinovac (CoronaVac) peyvəndi ilə vaksin olunmalarına icazə verilib. 

News24.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Bildirilib ki, bu vaksin 3-17 yaş arası olanlara vurulacaq. 

Qeyd edək ki, hazırda Çində yaşı 18-dən yuxarı olan hərkəs kütləvi vaksinasiyaya cəlb olunub.