-
- 7-06-2021, 12:50
- 548
İsrail səfiri Zəngilanda - VİDEO
İsrailin Azərbaycandakı səfiri Corc Dik işğaldan azad olunmuş Zəngilanda olub.
News24.az xəbər verir ki, İsrail səfirliyi "Twitter" hesabında səfirin Zəngilandan olan videomüraciətini yayıb.
Səfir bildirib ki, hazırda bu torpaqlarda heç nə yoxdur, lakin bura azərbaycanlılar, israillilər və italiyalılar arasında beynəlxalq əməkdaşlıq yeri olacaq.
"İsraildə dediyimiz kimi heç bir şey olmadığı yerdə hər şey mümkündür. Mənim arxamda... Azərbaycan məhz burada İsrail şirkətinin süd təsərrüfatı quracağı ərazilərdə ilk olaraq ağıllı şəhər yaradacaq. Burada İsrail texnologiyasından istifadə edilərək süd istehsal olunan bir yer yaradılacaq. Sonra məhsullar yanındakı İtaliya fabrikinə veriləcək və İtaliya fabriki pendir və digər süd məhsulları istehsal edəcək", -deyə səfir bildirib.
İsrail diplomatının sözlərinə görə, bu əməkdaşlıq Zəngilanı canlandıracaq və bir zamanlar evlərindən köçkün düşmüş icmaları evlərinə qaytaracaq.
"Mən bu əməkdaşlıqdan çox qürur duyuram. Bu gün burada məhsul meneceri ilə, o cümlədən İsrail şirkətinin nümayəndələri ilə yanaşı, İtaliyan təmsilçisi ilə də görüşdük. Buradakı perspektivlərdən həqiqətən həyəcanlıyıq. Hazırda burada heç bir şey yoxdur. Lakin gələn il bura Azərbaycan, İsrail və İtaliyan əməkdaşlığının mərkəzi olacaq", -deyə səfir Dik vurğulayıb.