Rusiya prezidenti və Avropa Şurasının rəhbəri Qarabağı müzakirə etdi
    • 7-06-2021, 19:25
    • 715

Rusiya prezidenti və Avropa Şurasının rəhbəri Qarabağı müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin Avropa Şurasının rəhbəri Şarl Mişel ilə Qarabağ məsələsini müzakirə edib.

News24.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının davamlı şəkildə həyata keçirilməsinin vacibliyi nəzərə alınaraq, Dağlıq Qarabağdakı mövcud vəziyyət müzakirə edilib.

“İqtisadi və nəqliyyat əlaqələrinin bərpası, əhalinin humanitar problemlərinin həlli prioritet məsələlər kimi müəyyənləşdirilib. Şarl Mişel görülən işlərə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) xətti ilə aparılan fəaliyyətə dəstəyini ifadə edib”, - məlumatda deyilir.