-
- 9-06-2021, 11:12
- 746
"Yaxşı ki, atam döyüb məni, çünki ipə-sapa yatmırdım" - ZAKİR ƏLİYEV
Əməkdar artist Zakir Əliyev "MTV" Azərbaycanda yayımlanan "Üzə-düz" verilişində qonaq olub.
News24.az xəbər verir ki, xanəndə söhbət əsnasında mərhum anası və atası haqda danışıb: "Atam o qədər ciddi adam ki, mən bir dəfə o süfrədə rahat oturum, çörək yeyim, söhbət edim orda heç vaxt olmayıb. Mən atamla heç vaxt söhbət etməmişəm. Ondan çox çəkinirdik. O, qapıdan içəri girəndə biz, qapıdan hərəmiz bir tərəfə qaçırdıq ki, birdən bizi buyruğa göndərər. Zəhmli insan idi. Həm də mən çox dəcəl uşaq olmuşam. Məni döyüb, əllərinə qurban olum atamın. Yaxşı ki, döyüb məni, ipə-sapa yatmırdım. Atamın məni səhnədə görməməyi məni həmişə yandırır. O mənim oxumağımı görsəydi, onun ömrü uzanardı. Bir gün onları görsəydim, kaş bilərdim, məndən, həyatımdan, yaşayışımdan görəsən razıdılarmı? Anama çox bağlı olmuşam, bu gün də çox bağlıyam. Deyir, insan sadəcə dünyasını dəyişir. Heç kim ölmür həyatda. İnsanın ruhu sağdı həmişə. Mən həmişə valideynlərimin ruhu ilə danışır, dualar oxuyuram. Anam 2010-cu ilin sonunda dünyasını dəyişib. Bizimçün çox çətin oldu. Ümumiyyətlə, heç bir övlad valideyn itkisi ilə barışmır. O insanlara deyirəm ki, valideynləriniz nə qədər sağdı, qoruyun, onların xeyir- duasını alın. Mən gecə saat 3-də ürəyim istəyəndə, kəndə anamın ziyarətinə gedirdim. Onun ətrini içimə çəkirdim. İndi hər şey var amma o ətir yoxdur. Anam vəfat edəndə onu dəfn edib evə gələndə qardaşıma dedim ki, aparıb qoyub, gəldik... Boş idi hər yer. Ona görə deyirəm ki, sağlığında dəyər verin, ataya, anaya. Mən anamdan sonra stress keçirtdim, bu gün də yoxluğu ilə barışmıram".