Qəbələdə 4 ton narkotik bitkisi məhv edildi
    • 9-06-2021, 12:13
    • 345

Qəbələdə 4 ton narkotik bitkisi məhv edildi

Qəbələdə yabanı halda bitən külli miqdarda narkotik bitkisi aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Bayramkoxa kəndi ərazisində yabanı halda bitmiş çəkisi 4 tona yaxın olan 7225 ədəd çətənə kolu aşkar edilib.

Aparılan tədbirlərlə toplanan narkotik bitkisi məhv edilib.