Ağdaşda 1 tona yaxın çətənə bitkisi məhv edildi
    • 7-06-2021, 10:55
    • 355

Ağdaşda 1 tona yaxın çətənə bitkisi məhv edildi

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Cüvə, Qarasuqumlaq və Ağzıbir kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, ümumi çəkisi 1 tona yaxın olan 2091 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.