AZTV-də şəhid jurnalistlər üçün xatirə lövhəsi qoyuldu - FOTO/VİDEO
    • 9-06-2021, 14:47
    • 624

AZTV-də şəhid jurnalistlər üçün xatirə lövhəsi qoyuldu - FOTO/VİDEO

 Kəlbəcər rayonunda xidməti fəaliyyətlərini yerinə yetirərkən ermənilər tərəfindən basdırılan minaya düşərək şəhid olan AzTV-nin operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi əbədiləşdirilib.

News24.az-ın məlumatına görə, onların adları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ərazisində milli mətbuatımızın şəhidlərinin xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsinə həkk olunub.

hər iki Şəhidin ailə üzvləri, AzTV-nin əməkdaşlarının iştirakı ilə açılışı xatirə lövhələrinin açılışı keçirilib. Xatirə lövhəsinin üzərindəki örtüyü götürən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov həmkarları ilə bağlı ürək sözlərini paylaşıb.

Daha sonra Şəhidlərimizin ruhuna “Quran” oxunub, ehsan verilib.

Xatırladaq ki, 4 iyun 2021-ci il tarixində, saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı və Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub.