-
- 3-11-2018, 16:13
- 931
Belçikada polislər etiraz əlaməti olaraq sürücüləri cərimələməkdən imtina ediblər
Belçikanın hüquq-mühafizə orqanı əməkdaşlarını birləşdirən "Polislərin birləşmə hərəkatı"nın (Police Unifying Movement) üzvləri noyabrın 1-dən 15-dək yol hərəkəti qaydalarını pozduqlarına görə sürücüləri cərimələməkdən imtina edib.
Bunun əvəzində onlar qaydaları pozan sürücülərlə yol hərəkatı qaydalarına riayət etməyin zəruriliyi barədə izahlı söhbətlər aparacaqlar.
Beləliklə, "No Money" ("Pulsuz") etiraz aksiyası hökumətin diqqətini polisin tələblərinə cəlb etmək üçün nəzərdə tutulub. Onlar həmçinin 2001-ci ildə həyata keçirilmiş və polisin federal və yerli polis olmaqla ikiyə ayrılmasına gətirib çıxarmış islahatlardan narazıdılar.
"İdeya ondan ibarətdir ki, bizi eşitmək istəmədiyi üçün dövləti vəsaitdən məhrum edəcəyik", - aksiya təşkilatçılarından biri olan Paskal Rombo bildirib.
Noyabrın 15-də aksiya iştirakçıları Brüsselin mərkəzi meydanına - Qran Plasa toplaşacaq və polis islahatlarına qarşı açıq şəkildə etiraz edəcəklər.