-
- 9-05-2020, 20:00
- 730
Ərzağın ədalətsiz paylanması insanların ÖLÜMÜNƏ SƏBƏB OLDU
Bu gün Əfqanıstanın Qor əyalətində keçirilən etiraz aksiyası zamanı 4 etirazçı, 2 polis əməkdaşı və 1 jurnalist ölüb.
News24.az xəbər verir ki, toqquşmaya səbəb, insanların fikrincə, ərzağın ədalətsiz paylanması olub. Bu barədə “TOLOnews” telekanalı bildirib.
Kanalın məlumatına görə, 10 polis və ən azı 9 mülki şəxs yaralanıb. 300-ə yaxın insan etiraz aksiyası keçirib, onlardan bəziləri qubernatorun iqamətgahına girməyə çalışıb. Aksiya iştirakçıları atəş açıb və bunun nəticəsində polislər də cavab atəşi açmağa məcbur olub.
Qeyd edək ki, Əfqanıstanda koronavirus pandemiyası səbəbindən ehtiyacı olanlara ərzaq məhsullarının paylanmasına başlanılıb. Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Salehin bildirib ki, ərzaq paylanmasına görə heç kim siyahıdan xaric olunmayacaq, hakimiyyət koronavirus səbəbindən zərər çəkənləri dəstəkləyəcək.