-
- 9-06-2021, 16:44
- 837
7 aylıq körpə 1 saylı Uşaqlar Evinə qəbul edilmədi - ŞOK SƏBƏB - Video
Səhiyyə Nazirliyinin 1 saylı Körpələr evi 7 aylıq körpəni qəbul etməkdən imtina edib.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" hesabında məlumat verib.
O bilbirib ki, 2 gün öncə ona göndərilən bir videonu Nizami rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanlarla işin təşkili və Uşaq hüquqlarının müdafiəsi Komissiyasına yönləndirib: "Barmaqla sayılacaq icra hakimiyyətlərinin yanındakı komissiyalardan biridir ki, gecə-gündüz bilmədən problemləri həll edir. Keşlə qəsəbəsində yaşayan Nigar adlı qadının, ana deyə bilmərəm ona 4 uşağının 3-ü dərhal Sosial Xidmətlər Agentliyinin tabeçiliyində olan Sosial Sığınacağa yerləşdirilib. Amma 7 aylıq körpə rəsmi məktub əsasında Səhiyyə Nazirliyinin 1 saylı Körpələr evinə aparılıb. Amma Körpələr evi qəbul etmib. Səbəb isə uşağın sənədi yoxdur. İcra Hakimiyyətinin verdiyi məktub konfet kağızıdır? Heçmi utanmırsınız? Körpələr evindən deyirlər ki, aparın verin Kəmaləyə. Səhiyyə Nazirliyi, nə vaxtadək bu məmur quşbeyinliyinizdən əl çəkməyəcəksiniz?
Mən uşağı qəbul etdim. Amma sabahadək körpəni körpələr evinə qəbul etməzsəniz,uşaqla birlikdə gəlib oturacam qapınızın ağzında! Bütün media ilə bir yerdə".
Məsələ ilə bağlı News24.az-a açıqlama verən Kəmalə Ağazadə bildirib ki, uşaqların anası səfil həyat sürürü və içki alüdəçisidir: "3 uşaq bizim sığınacağa yerləşdirilmişdi, daha sonra isə uşaq müəssisəsinə köçürülmüşdü.Anaları dava-dalaşla onları həmin müəssisədən çıxarıb. Bu yaxınlarda isə 4-cü uşağı dünyaya gətirib".