-
- 16-04-2019, 16:56
- 1 187
Bir neçə qurumun keçirdiyi monitorinq zamanı NÖQSANLAR AŞKARLANIB
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın tapşırığı əsasında Təhsil, Səhiyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman Nazirliklərinin, Komitənin, Bakı şəhəri İcra hakimiyyətinin əməkdaşlarından ibarət monitorinq qrupu tərəfindən 1 saylı körpələr evi, Azərbaycan Uşaqlar Birliyi QHT-nin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində, 60 saylı körpələr evi – uşaq bağçası monitorinqlər keçirib.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan 2018-ci ilin hesabatında əksini tapıb. News24.az-ın məlumatına görə, monitorinq qrupu tərəfindən siyahı üzrə müəyyən edilmiş dövlət uşaq müəssisələrinə baxış zamanı uşaqların saxlanılması, tərbiyəsi, qidalanması vəziyyəti, onların inteqrasiyası və reabilitasiyası, həmçinin müəssisənin mövcud vəziyyəti qiymətləndirilmiş, aşkar edilmiş nöqsanlar, eləcə də müəssisələrin inkişafı ilə bağlı tövsiyələr protokollaşdırılıb.