Avtomobil velosipedçini vuraraq öldürdü
    • 10-06-2021, 13:02
    • 370

Avtomobil velosipedçini vuraraq öldürdü

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, rayonunun Çarxı kəndi ərazisində Mollaburhan kənd sakini G.Rzayev idarə etdiyi “Fiat-Doblo” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Rəhimoba kənd sakini Mehman Mustafayevi vurub. Qəza nəticəsində M.Mustafayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.