Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürdü
    • 27-01-2021, 13:45
    • 552

Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini R.Manafov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini İ.Litvinenkonu vurub.

Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.