Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanıldı
    • 10-06-2021, 13:33
    • 576

Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanıldı

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Boyat kənd sakini Sübhi Ağayev saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman 90 ədəd çətənə bitkisinin kolları aşkar edilərək götürülüb. 
 
Faktla bağlı Ağcabədi RPŞ-də  araşdırmalar davam etdirilir.