15 aydan sonra açılan MƏSCİDDƏN- FOTOREPORTAJ
    • 10-06-2021, 16:13
    • 454

15 aydan sonra açılan MƏSCİDDƏN- FOTOREPORTAJ

Bu gündən etibarən Azərbaycanda ibadət yerlərinin fəaliyyəti bərpa olundu. 15 aylıq fasilədən sonra ibadətə açılan məscidlərə girişə pandemiya şərtlərinə əsasən icazə verilir. 

“Əjdərbəy” məscidində olduğumuz müddət ərzində gördük ki, məscidə gələn hər kəsin öncə “Covid” və ya “İmmun” pasportu yoxlanılır, daha sonra isə hərarəti ölçülür.

Əgər qeyd edilən pasportlardan hər hansı biri olmazsa, həmin şəxsin məscidə girişinə icazə verilmir. 

Məscidə məhdud sayda adam buraxıldı.  Şərtlərə görə, eyni vaxtda yalnız 50 nəfər ibadət edə bilər. 

Yoxlanışlardan sonra azan səsləndi.  Məsciddə Zöhr namazı qılındı, dualar edildi. 

Edilən duaların çoxu isə tezliklə pandemiyanın bitməsi, dünyamızın koronavirusdan xilas olması ilə bağlı oldu. Biz də qılınan namazların, edilən duaların qəbul edilməsini dilədik.

Teymur Məmmədov
Fotolar müəllifindir