Tanınmış jurnalistin mənzili qarət edildi
    • 4-11-2018, 12:16
    • 671

Tanınmış jurnalistin mənzili qarət edildi

Jurnalist Pərviz Həşimlinin evi qarət olunub. 

News24.az xəbər verir ki, bu barədə jurnalistin özü məlumat verib:

"Mənzilimdən oğurluq olub. Kompüterler, printerlər, suvenirler... Hələlik gözumə dəyən bunlardir.

Qapıya açar salıb açmaq istəyəndə gördüm açıqdır. İçəri daxil olanda qarışıqlığı gördüm... Yeni mənzildi deyə ofisimə aid əşyaları, kompüterləri yığmışdım. Evdeki ehtiyat açarları da aparıblar.

Polis gəldi, baxdı, izahat alıb getdi. Gözləmək qalır".