Professor İlham Rəhimovun “Din və Cəza” kitabı Azərbaycan dilində çap edildi - Foto
    • 11-06-2021, 14:47
    • 1 890

Professor İlham Rəhimovun “Din və Cəza” kitabı Azərbaycan dilində çap edildi - Foto

Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Rusiyanın Sankt-Peterburq şəhərində rus dilində çap edilmiş “Религия и Наказание” (Din və Cəza) adlı kitabı Azərbaycan dilinə tərcümə edilib.

News24.az xəbər verir ki, bu kitabda dünya dinlərində cinayət və cəza institutunun tədqiqat məsələləri işıqlandırılmışdır. Həmçinin müəllif tərəfindən dünya dinlərinin ən görkəmli nümayəndələrinin cəza probleminə olan müxtəlif yanaşma və baxışları da araşdırılıb. 

Kitab tələbələr, doktorontlar, hüquq ixtisası üzrə ali məktəb müəllimləri, filosoflar, dini konfessiya nümayəndələri, eləcə də cəza problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, professor İlham Rəhimov son illər davamlı olaraq “Cinayətkarlıq  və cəza” (2012), “Cinayət və cəzanın fəlsəfəsi” (2013), “Cəzanın əxlaqiliyi haqqında” (2016), “Ölməz ölüm cəzası” (2018), “Din və cəza” (2020)  adlı kitablarını yazıb.

Əsərləri dünyanın bir çox dillərinə - Rus, Türk, İngilis, Çin, Alman, Yəhudi, İtalyan, Qazax, Bolqar, Qırğız, Fars dillərinə tərcümə olunub.