Daşkəsənə dolu düşüb- FAKTİKİ HAVA
    • 11-06-2021, 17:51
    • 340

Daşkəsənə dolu düşüb- FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, iyunun 11-i saat 17:30-a olan məlumata əsasən Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Xaçmaz, Quba, Xaltan, Şahdağ, Sarıbaş (Qax), Nabranda şimşək çaxıb, arabir yağış yağıb.
İyunun 11-i saat 15:11-də Daşkəsənə diametri 14 mm olan dolu düşüb.