-
- 11-06-2021, 19:58
- 518
BANM və YAP Qurtuluş Gününə həsr olunmuş tədbir keçirdi
Bakı Ali Neft Məktəbində (BANM) Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun iştirakı ilə Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan Tarixi Zəfərə” adlı tədbir keçirilib.
News24.az xəbər verir ki, tədbirdə BANM-in tələbə, professor-müəllim heyəti və əməkdaşları iştirak edib. Karantin qaydalarına uyğun şəkildə təşkil edilən canlı görüş paralel olaraq onlayn formatda da yayımlanıb. Onlayn görüşə 900-dək iştirakçı qatılıb.
YAP-ın sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilk olaraq Ali Məktəbdə yaradılmış tədris şəraiti, maddi-texniki baza, sosial infrastruktur və tədqiqat mühiti ilə yaxından tanış olub. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədris üçün yaradılan şərait, infrastruktur, gələcək planlar barədə qonağa ətraflı məlumat verib. Ulu öndərin büstü önünə gül düzülüb, Bakı Ali Neft Məktəbinin tədris otaqlarına, tədqiqat laboratoriyalarına, İnnovasiya Mərkəzinə, neft tarixinə dair nadir eksponatların yer aldığı muzeyə baxış keçirilib.
Tədbirdə çıxış edən Tahir Budaqov qeyd edib ki, tariximizdə Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. O bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü siyasi hadisə kimi daxil olub.
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır” – deyə o qeyd edib.
T.Budaqov vurğulayıb ki, “Dəmir yumurq” əməliyyatı ilə qazanılan tarixi zəfərin əsasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, Azərbaycanın siyasi, iqtisadi, mədəni, hərbi sahələrdə, eyni zamanda xarici siyasətdə uğurları və xalq-iqtidar birliyi dayanır.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da öz növbəsində Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışını dövlətçilik tariximizin şanlı səhifəsi adlandırıb.
“Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb” – rektor əlavə edib.
T.Budaqova Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.
Sonda Tahir Budaqov Bakı Ali Neft Məktəbinin tələbələrinin çoxsaylı suallarını cavablandırıb.