Jurnalistlər binasının komendantı HƏBS EDİLDİ
    • 11-06-2021, 20:27
    • 333

Jurnalistlər binasının komendantı HƏBS EDİLDİ

Jurnalistlər binasının komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb. 

News24.az-ın əldə məlumata görə, B.İsmayılov cinayət işinə təqsirləndirləndirilən şəxs qismində cəlb olunub.

Baş Prokurorluğunun mətbuat xidmətindən News24.az-ın sorğusuna cavab olaraq məlumat təsdiqlənib. Bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.