Qurban Qurbanov Şenol Günəşlə görüşdü - Foto
    • 14-06-2021, 10:43
    • 595

Qurban Qurbanov Şenol Günəşlə görüşdü - Foto

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyə millisinin təlim-məşq toplanışını ziyarət edib.

Bu barədə Türkiyə Futbol Federasiyasının saytı məlumat yayıb. Bildirilib ki, yığmanın baş məşqçisi Şenol Günəşlə görüşən Q.Qurbanov azərbaycanlı azarkeşlərin Avro-2020-də Türkiyəni dəstəklədiyini bildirib. O, yığmaya turnirdə uğurlar arzulayıb.

Ş.Günəş isə Q.Qurbanova millinin imzalı formasını verib.