Bakıda evdən 5 min manatlıq oğurluq oldu
    • 14-06-2021, 12:50
    • 566

Bakıda evdən 5 min manatlıq oğurluq oldu

Bakıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinə iyunun 1-dən 6-dək olan müddətdə Şüvəlan qəsəbəsi ərazisindəki evlərin birindən 5000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini O.Hüseynzadə müəyyən edilərək saxlanılıb.