Mikayıl Cabbarov: "Ərazilərimizin işğaldan azad edilməsi iqtisadi gücümüzü daha da artıracaq"
    • 14-06-2021, 17:26
    • 523

Mikayıl Cabbarov: "Ərazilərimizin işğaldan azad edilməsi iqtisadi gücümüzü daha da artıracaq"

"Ərazilərimizin işğaldan azad edilməsi nəticəsində yaranmış yeni reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq".

News24.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də yazıb.

"Bu potensialın reallaşdırılması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, iqtisadi gücümüzü daha da artırmaqla yanaşı, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək", - o qeyd edib.