Paytaxt sakinlərinin NƏZƏRİNƏ: Bakının bu ərazisində SU KƏSİLİB
    • 14-06-2021, 17:30
    • 543

Paytaxt sakinlərinin NƏZƏRİNƏ: Bakının bu ərazisində SU KƏSİLİB

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün Bakının Nəsimi rayonunun 1-5-ci mikrorayonlarına içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə News24.az-a "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, hazırda qəzanın aradan qaldırılması işləri davam etdirilir. Qurum yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.