Amaliya Pənahovanın qəribə taleyi - VİDEO
    • 15-06-2021, 13:25
    • 1 476

Amaliya Pənahovanın qəribə taleyi - VİDEO

İctimai Televiziya mərhum sənətkar, Xalq artisti Amaliya Pənahovanın əziz xatirəsinə həsr olunan sənədli film çəkib.

News24.az xəbər verir ki, ekran işi aktrisanın doğum günü üçün hazırlanıb. 

Amaliya Pənahovanı gənc aktrisa Aygün Fətullayeva canlandırıb. Eyni zamanda filmdə Elnur Məmmədov, Əhməd Salahov, Şahzadə Babayeva, Zülfiyyə Məmmədova və digər aktyorlar yer alıb.

Filmin ssenari müəllifi Vidadi Hüseynov, quruluşcu rejissoru Ruslan Hüseyn, prodüseri Əziz Əliyev, layihənin rəhbəri isə Tural Sevdimalıdır. 

Qeyd edək ki, "Onun qəribə taleyi. Amaliya Pənahova" adlanan film mərhum aktrisanın evində, çalışdığı teatrlarda və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında çəkilib.