Rafael Dadaşovla aktrisa arasında gərginlik - SƏBƏB Amaliya Pənahova
    • 12-11-2018, 13:03
    • 3 056

Rafael Dadaşovla aktrisa arasında gərginlik - SƏBƏB Amaliya Pənahova

Azərbaycan Respublikasının xalq artisti Rafael Dadaşov mərhum həmkarı Amaliya Pənahova barədə maraqlı açıqlamalar verib.

R.Dadaşov A.Pənahovanın bir müddət öncə "Azdrama"nı tənqid etdiyinə görə təzyiqə məruz qaldığını bildirib:
"İyirmi iki nəfər onun əleyhinə imza toplamışdı. Mənə də təklif etdilər. Dedim ki, bir qadına qarşı birləşib, kişiləşirsiz. Kişinin qadına sözü olarsa, üzünə deməlidir".
Xalq artistinin səsləndirdiyi fikirlər A.Pənahovanın yaradıcısı olduğu Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətovanın narazılığına səbəb olub. H. Mürvətova xalq artistinin sözünü kəsərək: “Amalıya xanım bu söz-söhbətlərdən çox böyük idi. O, çox böyük və qürurlu insan idi. Bu söhbətlərin üstündə dayanmışdı”-deyə bildirib. 
Rəfael Dadaşov açıqlamasında bunları da deyib: “Hər kəs dünyadan köçəməlidir. Amma baxır nə zaman və haradan? Biz tərəfdən son dövrlər daha çox insan gedir. Bilmirəm, bəlkə də bunun səbəbi aktyorun, ifaçının hər çıxışı ürəkdən edib, özünü yandırmasıdır. Amaliya Pənəhova da özünü yandırdı”.

Qeyd edək ki, sözügedən müzakirə ARB-də Elgiz Əkbərin aparıcılığıyla yayımlanan "Səhər-səhər" verilişində olub.

News24.Az