-
- 5-11-2018, 13:00
- 3 590
Pərvin Abıyeva: "Qardaşım mənimlə fəxr edir"
Aktrisa Pərvin Abıyeva, instaqramda canlı yayımda izləyicilərinin suallarını cavablandırıb. O, seriallara çəkilməməsinin səbəbini açıqlayıb:
"Seriallara çəkilmirəm, çünki istədiyim məbləğlə razı olmurlar, mən də onların verdiyi məbləği istəmirəm. Serial bazarında pul yoxdur. Bu yay bəlkə beş serialdan imtina etmişəm. O pul heç mənim benzinimi ödəmir. Zəhmətimə dəyər verən insanam. "
News24.az xəbər verir ki, aktrisa, qardaşından da danışıb. O, "Qardaşım mənimlə fəxr edir. Onun bacısı heç kimin haqqını tapdalamır, heç kimi pozğunluğa cəlb etmir, hamıya yaxşılıq edir. Onun mənimlə fəxr etmək üçün çox səbəbi var" deyib.
Aktrisa gəlir mənbəyinin filmlərdən yox, reklamlardan olduğunu açıqlayıb. O, “ 4 ildir ki, səhifəmdə ödənişli reklam yerləşdirirəm. İzləyicilərim realdır. Məhsul qarşılığında reklam etmirəm, çünki işlətməyəcəyim məhsullardır” deyib.
Sözügedən aktrisa rejissorlardan istədiyi məbləği də açıqlayıb: “Rejissor və prodüser çağırır, hər şeyi danışırıq. Söhbət maaşa gələndə aya 3 min manat, bölüm başına 500 manat pul istəyirəm. Mənə təklif olunan maaş isə min manat olur. Gülürəm ki, çəkiliş soyuq məkanda aparılır, donuruq, yuxusuz qalırıq.İl sonunda baxıram ki, əsəblərim də korlanıb. Öümə söz verdim ki, tələb etdiyim maaş verilməyənə qədər heç bir serialda, filmdə çəkilməyəcəm ”.