Ağacların gövdəsi süni örtükdən təmizlənib
    • 16-06-2021, 14:04
    • 337

Ağacların gövdəsi süni örtükdən təmizlənib

Sumqayıt şəhəri, Spartak adına mini futbol meydançasının qarşısında ağacların gövdəsinin süni örtüklə örtülməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə,  zamanı sözügedən ünvanda 4 şam ağacının gövdəsinin stadionun işçiləri tərəfindən bəzək məqsədilə süni örtüklə örtüldüyü müəyyən edilib. Mütəxəssislər tərəfindən ağaclara keçirilən baxış zamanı ağacların bioloji inkişafda olduğu məlum olub.

Xidmətin əməkdaşlarının nəzarəti altında stadion işçiləri tərəfindən ağacların gövdəsi süni örtükdən təmizlənib və onlara aqrotexniki qulluq göstərilib.