-
- 16-06-2021, 14:52
- 792
“Mediada islahatlara doğru” mövzusunda seminarlar davam edir
Medianın İnkişafı Agentliyi və "ADA" Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən "Mediada islahatlara doğru" mövzusunda silsilə seminarlar davam edir. İyunun 16-da seminarlara ikinci qrup media nümayəndələri - çap, online media və internet televiziyalarının təmsilçiləri qoşulub.
News24.az xəbər verir ki, "ADA" Universitetinin prorektor müavini Aygün Hacıyeva seminarın əhəmiyyətindən danışıb.
Medianın inkişafı Agentliyinin icraçı direktoru Əhməd Ismayilov "Media haqqında" qanun layihəsi: yeni imkanlar və istiqamətlər mövzusunda çıxış edib. Qanun layihəsində yer alan müddəalar barədə media nümayəndələrinə ətraflı məlumat verilib. Bildirilib ki, yeni sənəd media sahəsində ictimai münasibətlər sistemini tənzimləyən yeni normativ hüquqi aktın hazırlanmasını nəzərdə tutur. Vurğulanıb ki, qanun layihəsinin əsas məqsədi bütün media subyektlərinin, o cümlədən yeni yaranmış online media subyektlərinin də fəaliyyətinin və hüquqlarının müəyyən olunmasıdır. Daha sonra seminar iştirakçıları ilə qanun layihəsi etrafında müzakirələr aparılıb.
Seminar "ADA" Universitetinin İctimai və Beynelxlaq münasibətlər məktəbinin müellimi Şefeq Mehrəliyevanın "Müasir media mühitinə baxış" mövzusunda məruzəsi ilə davam edib.
Qeyd edək ki, seminarların təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovativ tecrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesine təkan verməkdir, lyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media qurumunun rəhbər üzvünün iştirakı nəzərdə tutulub.
Seminarlar zamanı iştirakçılar qarşısında həm yerli, həm də xarici, o cümlədən Al Jazeera ve Haber Global-in mütəxəssisləri təcrübələri ilə bölüşəcəklər.