-
- 16-06-2021, 18:55
- 406
Bərbər və gözəllik salonlarında onlayn növbə olacaq
Azərbaycanda bərbər və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq ediləcək.
News24.az xəbər verir ki, bu, Səhiyyə Nazirliyinin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasına dari metodiki göstərişlərdə öz əksini tapıb.
Sənədə əsasən, bərbər və gözəllik salonlarında işçilər iş proseslərindən əvvəl və sonra əllərini mütləq yumalıdırlar.
Digər tələblər belədir:
İş önlüyü: Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir;
Müştəri önlüyü: Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır;
Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir;
Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipər, tibbi maska və əlcəkdən istifadəsi məcburidir;
Dəsmalların istifadəsi: Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır;
Təmiz ağların və dəsmalların xüsusi qapalı dolablarda, istifadə olunmuşların isə ayrı (səbətdə, polietilen torba) saxlanması;
Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya və sterilizasiya edilməlidir;
Birdəfəlik istifadə üçün nəzərdə tutulan ülgüc, deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir;
Xidmət sahələrinin mütəmadi havalandırılması, dezinfeksiyaedici məhlulların tədbiqi ilə təmizlik işlərinin aparılması.